İctimaiyyət

Böyük Britaniyanın vətəndaş qardaşları Azərbaycan rəsmilərinə rüşvət verdiklərini etiraf etdilər

“Tert.am” “Reuters”-ə istinadən xəbər verir ki, Böyük Britaniya vətəndaşları olan Ahsani qardaşlar ABŞ-da Xarici Korrupsiya Aktını (FCPA) pozmaqda günahkar biliblər.

Ahsani qardaşlar Monakodakı Unaoil neft və qaz şirkətinin rəhbərləri idilər. Onlar 1999-2016-ci illərdə 9 dövlətin, o cümlədən Azərbaycan dövlət məmurlarından milyonlarla dollar rüşvət almaqda günahlarını etiraf etdilər.

Oktyabrın 30-da ABŞ Ədliyyə Nazirliyi bildirib li, 51 yaşlı Sayrus Ahsani və onun 46 yaşlı qardaşı Saman xaricdə korrupsiya ilə bağlı qanunu pozmaqda ittiham olunub.

Ahsani qardaşlarının məhkəməsi 2020-ci ilin aprelin 20-də  olacaq.

Daha çox göstər
Back to top button