Erməni mühəndislik şəhər modeli Efiopiyada tətbiq olunacaq

“Enterprise Incubator Foundation” və Efiopiya İnnovasiya və texnologiya Nazirliyi Əddis-Əbəbədə yüksək texnologiyaları, mühəndislik və innovasiya sahələrində əməkdaşlığa dair anlaşma memorandum imzalayıblar. “Enterprise Incubator Foundation”-dan alınan məlumata görə, əməkdaşlıq çərçivəsində Efiopiyanın “Talented and Gifted Center”-də mühəndislik şəhər modelinin tətdbiqi nəzərdə tutulur.
Memorandumu Əddis-Əbəbədə Efiopiya innovasiya və texnologiyaları naziri Getahun Mekuria və “Enterprise Incubator Foundation”-nın biznes inkişaf proqramının rəhbəri Amalya Yeğoyan imzalayıblar.
Bu yeni əməkdaşlığın başlanğıcıdır ki, bu əməkdaşlıq çərçivəsində texnoloji bacarıqların inkişafı layihələr keçiriləcək, R&D laboratoriyalar yaradılacaq, ölkədə innovativ ekosistemin inkişafını təşviq etmək üçün təcrübə mübadilə proqramları həyata keçiriləcək.