ArtsaxBaşlıca

XİN-i ABŞ-da Erməni Soyqırımını tanıyan qətnamənin qəbul edilməsini alqışlayır

Xarici işlər nazirliyi, ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən 1915-1923-cü illərdə  Osman hökmranlığında Erməni Soyqırımını tanıyan və məhkum edən  H.Res.296 qətnaməsinin qəbul edilməsini alqışlayır. Artsax Respublikasının Xarici işlər nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvüləri Adam Şiff və Qus Bilirakisə formulanın müəllifi olaraq və onu  təqdim etdikləriçün həmçinin, Erməni məsələləri üzrə Konqresin  komitəsinə qətnaməni dəstəkləmək və   onun qəbul edilməsinə istiqamətlənmiş səyləri üçün, eləcə də qətnaməyə dəstək olan bütün konresmenlərə dərin təşəkkürlərini bildirmişlər.

Artsaxın Xarici işlər nazirliyi qətnamənin qəbul edilməsini Türkiyənin 20-ci əsrin ilk soyqırımını inkar etmək cəhdlərinin qarşısını almağa yönəlmiş vacib bir addım və bu cür cinayətlərin qarşısını  almaqda ümumi mübarizəyə böyük töhfə hesab edib.“ Biz əminik ki, ABŞ Nümayəndələr Palatasının 1915-1923-cü illərdə Osman  hökmranlığında Erməni Soyqırımını tanımaq  barədə qətnamənin təkcə mənəvi deyil, həm də praktik əhəmiyyətli tətbiqidir. Bu isə bölgəmizdə sülh və sabitliyin  qorunmasına yardım  edəcəkdir”-deyərək AR  Xİ nazirliyindən bildirilib.

Daha çox göstər
Back to top button