BaşlıcaSiyasət

Greminger, Ermənistan və Azərbaycan Xİ nazirlərinin görüşündən DQ prosesində yeni dinamika gözləyir

ATƏT Yerevan və Bakının Dağlıq Qarabağ münaqişəsi zonasında sabit təhlükəsizlik vəziyyətini təmin etmək səylərini alqışlayır. Bu haqda  ATƏT-in baş katibi Tomas Qreminger Moskvada Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında bəyan edib.

“Danışıqlar prosesinin dinamikası bir az zəiflədi, amma ümid edirik ki, Bratislavada (dekabrın 5-6-da) ATƏT Nazirlər toplantısı çərçivəsində planlaşdırılan Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin görüşü prosesə yeni təkan verəcəkdir”- deyə Greminqer bildirir.Onun sözlərinə görə, davamlı təhlükəsizliyin təmin olunması üçün addımlar olduqca vacibdir, çünki münaqişə tərəflərində insan itkisi qəbuledilməzdir, insan həyatının qorunması həm mülki, həm də hərbi strukturların vəzifəsidir. Greminger inam yaratmaq üçün atılan addımları açıqladı. ”Bunlardan bəziləri artıq həyata keçirilib,xüsusən də Yerevan ilə Bakı arasında birbaşa yaranan əlaqə. Bütün bunlar müsbət nəticə verəcəkdir”- deyərək o, qeyd edib.

RF  Xarici işlər naziri Lavrov Bratislavada Nazirlər  toplanışında Dağlıq Qarabağ münaqişəsi tərəfləri üçün müsbət mühit təmin etmək fürsətinin vacibliyini vurğuladı. “ATƏT-in Minsk qrupunun həmsədrlərinin  sayyəsində yaxınlaşma və kompromisə çatmaq üçün səyləri çox vacibdir”-deyərək  həmsədrlik edən  ölkələrdən birinin Xİ naziri qeyd edib.

Daha çox göstər
Back to top button