
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Rusiya Federasiyası hökumətinin rəhbəri Dmitri Medvedev ilə telefon söhbətini keçirib. Ermənistan Respublikası Baş nazirinin iş heyətindən verilən məlumata görə, oktyabrın 25-də Moskvada keçirilən iclasda əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesi müzakirə edilmişdir. Ermənistan-Rusiya ikitərəfli münasibətlərinin gündəliyi məsələsinə dair fikir mübadiləsi aparılıb.