Ermənistana ABŞ hökumətinin dəstəyi 2019-cu ildə 40 faizlə artıb

ER-da ABŞ səfirliyi bildirir ki, 2019-cu il ərzində ABŞ hökuməti tərəfindən Ermənistana dəstəyi artmaqda davam edir. ABŞ-ın ER-dakı səfirliyindən bildirildiyinə əsasən, bu il o 60 mln ABŞ dollar təşkil edib, bu da keçən illə nisbətən 40 faiz çoxdur.
Bu malliyələşdirilmə ABŞ Dövlət katibliyi və ABŞ Beynəlxalq inkişaf agentliyi tərəfindən idarə edilmiş proqramlarla yanaşı, həm də ABŞ Enerji departamentinin, ABŞ Meşə xidmətinin və ABŞ Müdafiə departamentinin proqramlarını əhatə edir.
“Birləşmiş Ştatlar son 27 illər ərzində Ermənistanın demokratiya prosesləri və mütəxəssislərinin inkişafını dəstəkləyib və xüsusilə indi demokratiya Ermənistanda daha güclü olanda, biz bunu dəyişmək niyyətində deyilik. Buna görə fəxrlə bildiririk ki, bu il dəstəyi 60 milyon dollardan çoxdur”- deyə ABŞ-ın ER-dakı səfiri Lin Treysi bildirir.