BaşlıcaSiyasət

Nikol Paşinyan: “Son 1,5 il ərzində Ermənistan-Azərbaycan sərhədində gərginliyin kəskin azalması qeyd olunur”

ER Baş naziri Nikol Paşinyan son 1,5 ildə Ermənistan-Azərbaycan sərhədində gərginliyin kəskin azaldığını  qeyd edib.Bu haqda o, öz Facebook səhifəsindəki canlı yayımda bildirib..“Ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətlərindəki vəziyyət həmişə təhlükələri özündə əks edib, lakin mən demək istəyirəm ki, bu gün bu təhlükələr 3, 4, 5 il əvvəl olduğundan artıq  deyil. Əgər indi sərhəd vəziyyətini, gərginliyin səviyyəsini izləməli olsaq ümumiyyətlə son 1,5 ildə gərginliyin kəskin və əhəmiyyətli dərəcədə azaldığını və bu enişin Düşənbə müzakirələri kontekstində baş verdiyini deyə bilərik” –deyərək Paşinyan qeyd edib.ER Baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində maraqlı bir dinamikanın olduğunu da qeyd edib.

“Təəssüflər olsun  ki, gərginlik ümumiyyətlə daha aşağı səviyyədə olduğuna baxmayaraq yenə davam etməkdədir.Təəssüf ki, bu gün itkilərimiz  var. Heç kim Qarabağ məsələsinin sülh yolu ilə həllinə gəldiyimizi söyləmir. Amma danışıqlar prosesində kifayət qədər maraqlı dinamika var və mən optimistəm, bunun inkişaf edəcəyinə inanıram”-deyərək Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button