BaşlıcaSiyasət

AB Ermənistanın məhkəmə sistemində islahatların həyata keçirilməsini dəstəkləyir

AB yalnız  Ermənistandakı məhkəmə sisteminin islahatlarını dəstəkləməkdə deyil, onlara  yadım etməkdə də maraqlıdır. Bu haqda Gümrüdəki mətbuat konfransında AB-nin Ermənistandakı səfiri, Ermənistan üzrə nümayəndəliyinin rəhbəri Andrea Viktorin bəyan edib.

“ Avropa Birliyi Ermənistandakı bütün maraqlı tərəflərlə sıx əlaqədədir və Ermənistan hökumətinə islahat proqramının və davamlı demokratik inkişafın həyata keçirilməsində kömək etməkdə maraqlıdır. Buna görə Avropa Birliyi məhkəmə sisteminin islahatını həyata keçirməyi dəstəkləyir və Brüsseldəki baş qərargahdakı qurumlarımız Ermənistan Respublikası hökuməti ilə sıx əlaqədədir”- Andrea Viktor qeyd edib.

Daha çox göstər
Back to top button