Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan üçün strateji əhəmiyyətə malikdir. Bu barədə Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələrinin parlament rəhbərləriylə görüş zamanı ER Baş naziri Nikol Paşinyan deyib. “Biz düşünürük ki, KTMT regionumuzda sabitlik və təhlükəsizlik üçün vacib amildir. Biz KTMT çərçivəsində əməkdaşlığımızın üç istiqamətinə böyük əhəmiyyət veririk. İlk növbədə daxili siyasi koordinasiyadır, hərbi texniki əməkdaşlıqdır və , əlbəttə, təhlükəsizlik sahəsində bizim birləşmiş yanaşmamızdır.
Təəssüf ki, təhlükələr də inkişaf edir, dəyişir və biz də bu təhlükələrə qarşı adekvat olmalıyıq. Bizim quruluşumuz bölgədə, dünyada mövcud reallıqlara uyğun olmalıdır və mən çox məmnunam ki, KTMT-nin gələcək inkişafı üçün çox konstruktiv çalışırıq”- deyə Paşinyan deyib.