
Yunanıstan Prezidenti Prokopios Pavlopoulos Tsitsernakaberd Memorial Kompleksini ziyarət edərək Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib. Verilən məlumata görə, Yunanıstan Prezidenti eləcə də Muzey-institutu da ziyarət etmiş və Anım kitabında ürək sözlərini qeyd etmişdir. “Erməni Soyqırımının xatirəsi qorunmalıdır, çünki soyqırımlar unudulsa, bu cinayətlər yenə təkrarlanacaqdır. Bu, Yerevana gələn hər kəsə bir mesajdır. Dünyada bənzər hadisələri görürük, insanlığa və sivilizasiyaya düşmən olan insanlar var, çoxdur. Biz ermənilərlə eyni faciəni, eyni dəhşəti yaşamışıq bir təhərlə xilas olmuşuq”-deyərək jurnalistlərlə söhbətində Yunanıstan Prezidenti bəyan edib.