Siyasət

Azər Qasımlı İlqar Məmmədovla fikir ayrılıqları ilə əlaqədar REAL-ı tərk edib

«Respublikaçı Alternativ” – REAL Partiyasının Məclis sədri Azər Qasımlı bu vəzifədən istefa verib və partiya sıralarını tərk edib.

Qasımlı öz qərarını partiya lideri İlqar Məmmədovla fikir ayrılıqlarının olması ilə izah edib. Qasımlının sözlərinə görə, son 6 ay ərzində partiyada kollektiv qərarların qəbulu “zəifləyib”.

Qasımlı Məmmədovu avtoritar idarəetmə üslubunda və təkbaşçılıq qurmaq cəhdində ittiham edib.

Daha çox göstər
Back to top button