İctimaiyyət

Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanıldı

Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan şəxs saxlanılıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O qeyd edib ki, faktla bağlı müvafiq olaraq araşdırmalar aparılır, təfərrüatları öyrənilir.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan video Azərbaycanda ciddi müzakirələrə və narahatlığa səbəb olmuşdu.

Daha çox göstər
Back to top button