
Baş nazir Nikol Paşinyan hökumətdə işgüzar səfərlə Ermənistana gəlmiş Yunanıstan Respublikasının Prezidenti Prokopios Pavlopulos ilə görüşüb. ER baş nazirinin administrassiyasından bildirildiyinə əsasən, Nikol Paşinyan qeyd edib ki, iki ölkələrin xalqlararası və dövlətlərarası əlaqələri çox yüksək səviyyədədir və ümid bildirib ki, bu əlverişli fonda daha effektiv iqtisadi əməkdaşlıq qurulacaq.
“Yanvarda biz Yerevanda keçiriləcək ilk Ermənistan-Yunanıstan-Kipr üçtərəfli zirvə görüşünü gözləyirik. Münasibətlərimizi daha da faydalı edəcək çox əhəmiyyətli bir hadisədir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Ermənistanda Yunanıstana qarşı xüsusi münasibət var və xalqımız 1996-cı ildə Yunanıstanın Erməni Soyqırımını rəsmi olaraq tanıdığını çox yüksək qiymətləndirir. Vurğulamaq istəyirəm ki, 2015-ci ildə Ermənistan Parlamenti də yunanların, assurilərin soyqırımını rəsmi olaraq tanıdı.
Düşünürəm ki, bu fakt qlobal təhlükəsizlik sahəsində də əməkdaşlıq yollarını axtarmağımıza zəmin yaradır, çünki soyqırımların tanınması yalnız tarixin tanınması məsələsi deyil, həm də qlobal təhlükəsizlik və soyqırımın qarşısının alınması üçün vacib səydir”- deyə baş nazir Paşinyan qeyd edib.
Prokopios Pavlopulos Ermənistanın və erməni xalqının Erməni Soyqırımının beynəlxalqcasına tanınmasına yönəlmiş səylərini alqışlayıb. “Ermənistan, Yunanıstan və Kipr arasındakı üçtərəfli əməkdaşlığı alqışlayıram və bu əməkdaşlıq üçün çox şadam. Əminəm ki, üçtərəfli formatda əməkdaşlıq təkcə hər bir ölkə üçün deyil, həm də Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığı üçün faydalı və təsirli ola bilər”- deyə Yunanıstan Prezidenti deyib.
Həmsöhbətçilər nəinki ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığa dair məsələlərə toxunub, Ermənistan-Avropa Birliyi əməkdaşlığına dair fikir mübadiləsi aparıb.