Türkiyə öz tarixini qəbul etməli və cavab verməlidir: Yunanıstan Prezidenti

İşgüzar səfərlə Ermənistanda olan Yunanıstan Respublikasının Prezidenti Prokopios Pavlopulos Ermənistandan Türkiyəyə mesaj göndərdi. “Armenpres”-ə əsasən, Yunanıstan Prezidenti ER Prezidenti Armen Sarkisyan ilə birgə söhbətdə Erməni Soyqırımına və Pont Yunan Soyqırımına toxunaraq, bəyan edib ki, Türkiyə öz tarixini qəbul etməli və cavab verməlidir.
“Biz Erməni Soyqırımını xatırlayırıq, biz Pont Yunan Soyqırımını xatırlayırıq və şadaq ki, bir neçə gün əvvəl ABŞ Nümayəndələr Palatası soyqırımı tanıyanların sırasını genişləndirdi. Biz 1996-cı ildə Parlament səviyyəsində Erməni Soyqırımını tanıdıq, 24 aprel Erməni Soyqırımının Günü elan etdik və 2014-cü ildə Erməni Soyqırımının inkarını cinayət məsuliyyətinə cəlb etdik. ER Parlamenti tərəfindən Pont Yunan Soyqırımını yekdilliklə tanıdığınız üçün sizə təşəkkür etmək istəyirəm. Buradan biz Türkiyəyə mesaj göndərmək istəyirik. O öz tarixini qəbul etməli və cavab verməli, üzr istəməlidir”- deyə Prezident qeyd edib.