Noyabrın 5-6-da Artsax Respublikasının İnsan haqları müdafiəçisi Artak Beglaryan Avstriyada olan millət vəkili və Vyana Ombudsmanı ilə Vyanada görüşüb,ümumi maraq doğuran bir sıra mövzuları müzakirə edib. Avstriyadakı Erməni Hay Dat idarəsi tərəfindən təşkil olunan Avstriya-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədri Gudrun Kugler ilə görüşdə Müdafiəçi Artsaxdakı insan hüquqlarının vəziyyəti, özəllikləri və problemlərini təqdim etdi. C.Kugler Artsaxın dövlət quruculuğu prosesi, Azərbaycan-Qarabağ münaqişəsinin tarixi, nizamlanma meylləri və münaqişə kontekstində insan hüquqlarının müdafiəsinə olan təhdidlərlə maraqlandı. Hər iki tərəf Avstriyada Artsax haqqında məlumatlılığın artırılmasının və əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğuladı. A.Beglaryan Vyana Ombudsmanı Narek Petrosyan ilə də görüşdü, insan hüquqlarının müdafiəsinin Avstriya modeli ilə tanış oldu və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsini keçirib.
.