ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici və Avropa işləri üzrə naziri Miroslav Layçak və ATƏT-in Minsk Qrupu həmsədrləri (İqor Popov (RF), Stefan Viskonti (Fransa), Andrey Şofer (ABŞ) Bratislavada Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Bu haqda Slovakiyanın XİN bəyan edib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədri Anjey Kasprşik də iştirak etmişdir. Layçak ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə birlikdə gərginliyin daha da azaldılması və barışığa şərait yaratmasına yönəlmiş tədbirlərin müzakirəsini davam etdirməsindən məmnunluğunu bildirdi.Layçakın sözlərinə görə, yaxın vaxtlarda Slovakiya ATƏT sədri kimi bu məsələyə öz töhfəsini verəcəkdir. Tərəflər, həmçinin dekabrın 5-6-da Bratislavada ATƏT Xarici işlər nazirləri görüşünə hazırlıq mövzularını da müzakirə etmişlər..
Əlaqədar məqalələr
Həmçinin yoxlayın
Close