Siyasət
Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirəcək

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
İcra hakimiyyəti aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə icra hakimiyyətinin cavabının “Sərbəst toplaşmaq haqqında” qanuna zidd oluğunu bildirib:
“Lökbatan qəsəbəsi paytaxtdan çox kənardadır və orada kütləvi aksiya keçirmək üçün müvafiq şərait yoxdur. Ona görə biz qəsəbədə aksiya keçirmək niyyətində deyilik”.
Arif Hacılı noyabrın 12-də Bakı Şəhər İcra hakimiyyətinin qarşısında aksiya keçirəcəklərini söyləyib․