Siyasət

Birləşmiş Krallıq demokratik islahatların keçirilməsində Ermənistan Hökumətini dəstəkləyir

Birləşmiş Krallıq demokratik və idarəetmə islahatları yolunda Ermənistan Hökumətini dəstəkləyir. Bu barədə Böyük Britaniyanın Ermənsiatndakı səfirliyinin facebook səhifəsindəki videoda Birləşmiş Krallığın Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Moran bildirib.

Moran videoda deyir: “Ermənsitanda olduğum üçün çox şadam və zəngin tarix və mədəniyyətə sahib olan gözəl ölkənizi görməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Krallıq demokratik və idarəetmə islahatları yolunda Ermənsitanı dəstəkləyir. Biz həmçinin iqtisadi əməkdaşlığı da gücləndiririk, bu isə Ermənistanın sabit və firavan gələcəyini təşviq edəcək”.

Daha çox göstər
Back to top button