
Nüfuzlu Los Angeles Times Cuğada erməni Xaçkarlarının məhv edilməsiylə bağlı məsələyə toxunmaqla onun uzun tarixi olduğu təqdim edib.
Məqalə müəllifi qeyd edir ki, Araks çayı boyunca yerləşən Müqəddəs Xaçkarlar XVI əsrə aid 10 min əzəmətli məzar daşından ibarət olmaqla yanaşı orta əsr erməni qəbiristanlığı tərəfindən qorunan nəhəng bir ordunu təmsil edib. Zəlzələlərdən, müharibələrdən və vandalizmdən təsirlənən minlərlə Xaçkar hələ 20-ci əsrin ortalarında dayanır.
Bu barədə yazan məqalə müəllifi qeyd edir ki, bu gün Cuğanın Xaçkarları məhv olmaq təhlükəsindədir; “YUNESKO-nun onların qorunmasına çağıran 2000-ci il tarixli qərarına baxmayaraq, bu il Hyperallergic jurnalında yayımlanan sübutlar, Naxicevanda erməni mədəniyyətinin izlərinin silməkdə Azərbaycan kampaniyası çərçivəsində abidələrin gizli və kütləvi şəkildə darmadağın edilməsini göstərir”.
Məhv miqyası çaşdırıcıdır.Məlumata görə, 89 orta əsr kilsəsi, 5.840 Xaçkar və 22000 məzar daşları. Mədəni irsin məhv edilməsi “İslam dövləti”nin Suriyadakı məhvindən və Əfqanıstandakı “Taliban” hərəkatından daha çoxdur”-deyərək məqalədə bildirilir.
Müəllif xatırladır ki, Hyperallergic jurnalında 1997-2006-cı illərdə Azərbaycan tərəfindən mədəniyyət abidələrinin qəsdən dağıdılması “21-ci əsrin ən qəddar mədəni soyqırımıdır” .