Müsavat Partiyasının fəalı Cahangir Əmirxanlı polisə çağırıldığını bildirib

Müsavat Partiyasının fəalı Cahangir Əmirxanlı noyabrın 7-də Gəncə Şəhər Baş Polis İdarəsini çağırılıb. Turan agentliyinə əsasən, bu barədə onun özü bildirib.
“Çağırış Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi, amma artıq ləğv olunan mitinqlə bağlı olub. Məndən mitinq barədə soruşdular, razılaşdırılmamış mitinqlərin keçirilməsinin yolverilməz olduğunu bildirdilər. Mən onlara dedim ki, Konstitusiyaya əsasən mitinqlərin keçirilməsi üçün icazə tələb olunmur və siyasi qüvvələr sərbəst toplaşma hüququna malikdir. Məndən mitinqə gedib-getməyəcəyimi soruşdular. Mən dedim ki, hələ qərar qəbul eləməmişəm. Aksiya təyin olunduqdan sonra qərar qəbul edəcəyəm”, – C.Əmirxanlı bildirib.
Onu buraxıblar, ancaq noyabrın 11-də yenidən polisə gəlməyi tapşırıblar.
Bundan öncə, noyabrın 6-da Müsavat Partiyasının sədr müavini Azər İsmayıl Gəncə Şəhər Baş Polis İdarəsinə çağırılmışdı.