İctimaiyyət

Müsavatçılar kütləvi şəkildə polisə çağırılır

Müsavat Partiyası fəallarının kütləvi şəkildə polis orqanlarına çağırıldığını bildirir. Belə ki, bu gün partiyanın aparat rəhbəri Gülağa Aslanlı Binəqədi Rayon Polis İdarəsinə çağırılıb.

Müsavat Partiyasının Nizami Rayon Təşkilatının sədri Zakir Məmmədzadə bu rayonun polis idarəsinə çağırılıb.

Bundan başqa, son iki gündə ən az beş partiya üzvü Gəncə, Sabirabad, Salyan polis orqanlarına çağırılıb.

Fəallar nəzərdə tutulan etiraz aksiyaları haqqında sorğu-sual edilib və onlara razılaşdırılmamış mitinqlərdə iştirakın yolverilməz olduğu barədə xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat-ın noyabrın 10-na təyin edilmiş mitinqinə şəhər hüdudları daxilində icazə verməyib və aksiyanı Lökbatan qəsəbəsində keçirməyi təklif edib.

Partiya mitinqi ləğv edib və piketi noyabrın 12-nə şəhər administrasiyasının binası qarşısında təyin edib.

Amma İcra Hakimiyyəti bu mitinqə icazə verməkdən imtina edib. Müsavat rəhbərliyi bildirib ki, buna baxmayaraq, şəhər administrasiyası qarşısında aksiyanı keçirəcək.

Daha çox göstər
Back to top button