Siyasət

Mustafa Hacıbəyli: “Müsavat Partiyası aksiyanı keçirmək niyyətindədir, icazə verilməsə belə”

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının toplaşma azadlığının məhdudlaşdırılmasına etiraz olaraq noyabrın 12-də şəhər administrasiyasının qarşısında piket keçirməsinə icazə verməyib. Bu barədə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib.

İcra Hakimiyyəti imtinanı  şəhər administrasiyasının yerləşdiyi yerdə nəqliyyatın və piyadaların hərəkətinin sıxlığı ilə əlaqələndirib.

“Cavab məktubunda qeyd olunur ki, orada ali təhsil müəssisəsi yerləşir. İmtina tamamilə qanunsuzdur. Biz növbəti addımlarımızı müzakirə edəcəyik, razılaşdırılmamış  olsa da aksiyanı keçirmək məsələsinə baxacağıq”, – M.Hacıbəyli bildirib. 

Daha çox göstər
Back to top button