Ermənistan və Rusiyanın xarici işlər nazirləri bölgədəki barışın alternativinin olmadığı qənaətindədirlər

Ermənsitan Respubliaksının xarici işlər naziri Zohrab Mnatsakanyan və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsində eyni fikirdədir ki, regionda sülhün altentativi yoxdur. Bu barədə noyabrın 11-də Yerevanda ER XİN başçısı Zohrab Mnatsakanyan Sergey Lavrovla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiya Federasiyasının, digər həmsədr ölkələr kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində səylərini yüksək qiymətləndirdim. Artsax məsələsi tarixi vətənlərində yaşayan soydaşlarımızın hüquqlarının həyata keçirilməsinə aiddir. Artsax təhlükəsizliyininqarantorı kimi biz Artsax xalqının hüquqlarının məhdudlaşdırılmadan və zorlanmadan həyata keçirilməsinə hörmət edən şərait yaratmalıyıq. Həmkarımla razıyıq ki, bölgəmizdə barışın alternativi yoxdur”- deyə Zohrab Mnatsakanyan bildirib.