Nikol Paşinyan Fransaya işgüzar səfər edəcəkdir

Baş nazir Nikol Paşinyan və xanımı Anna Hakobyan, noyabrın 10-12-də Fransa Republikasına Parisin İkinci Sülh Konfransı və YUNESKO-nun 40-cı Baş Konfransında iştirak etmək üçün işgüzar səfər edəcəkdir.ER hökumətindən verilən məlumata görə, səfərin birinci günündə Nikol Paşinyan Fransa Prezidenti adından Paris Sülhünün ikinci konfransında iştirak edən dövlətlərin şərəfinə hökumət rəhbərlərinə verilən qəbulda iştirak edəcəkdir.Noyabrın 12-də Ermənistanın Baş naziri Parisin İkinci Sülh Konfransının açılışında və tədbir çərçivəsində tematik müzakirələrdə iştirak edəcək, həmin müddətdə nitqlə çıxış edəcəkdir. Baş nazir Paşinyanın Paris Sülh Konfransı Kitabxanasına simvolik hədiyyə edilməsi planlaşdırılır.Parisə səfəri çərçivəsində Ermənistanın Baş naziri Beynəlxalq Frankofoniya Təşkilatının idarəsini həmçinin ziyarət edəcək və Beynəlxalq Əmək Təşkilatının baş katibi Luiz Muşikivabo ilə görüş keçirəcək.ER Baş naziri və həyat yoldaşının YUNESKO-nun mərkəzi qərargahına səfəri və YUNESKO-nun 40-cı Baş konfransında iştirak etmələri planlaşdırılır. Baş nazir Paşinyan konfransın tematik müzakirəsi çərçivəsində çıxış edəcəkdir. ER Baş naziri, həmçinin YUNESKO-nun Baş katibi Odri Azule ilə görüşəcək və YUNESCO-nun Mətbuat xidmətinə müsahibə verəcəkdir.Səfəri çərçivəsində Ermənistanın Baş naziri və xanımı Fransadakı erməni icmasının rəhbərləri ilə görüşəcəklər. Nikol Paşinyan və Anna xanım Hakobyanın şərəfinə rəsmi qəbul veriləcək, onun çərçivəsində ER Baş nazirinin çıxışı olacaqdır.