İdman
Paşinyan RF ilə ticarət dövriyyəsini 2 milyard dollara çatdırmağı ümid edir
ER Baş naziri Nikol Paşinyan ümid edir ki, bu il Ermənistanın Rusiya Federasiyası ilə ticarət həcmi 2 milyard dollara çatacaq. Verilən məlumata görə, Paşinyan bu haqda noyabrın 11-də Ermənistana rəsmi səfərə gələn Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov ilə görüşü ərzində qeyd edib.“Biz ümid edirik ki, bu il ticarət dövriyyəsi 2 milyard dollara çatacaqdır. Bu olduqca yaxşı nəticədir və bütün bunlar, ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da inkişafı üçün çox yaxşı zəmin yaradır. Əminəm ki, Sizin səfəriniz müttəfiqlik münasibətlərimiz üçün yeni bir təkan verəcəkdir. Bu yaxınlarda qeyd etdiyiniz kimi, mən də münasibətlərimizin daha da inkişaf etməsini gözləyirəm”-deyərək Baş nazir qeyd edib.