Siyasət

Ruben Rubinyan: “Deməli ki, Sergey Lavrov Azərbaycanın qeyri-konstruktiv bəyanatlarına qarşı çıxıb”

Rusiya Federasiyasının xarici işlər naziri Seregy Lavrov deməli ki, Azərbaycanın qeyri-konstruktiv bəyanatalarına qarşı çıxıb. Bu barədə facebook səhifəsində ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Ruben Rubinyan yazıb.

“Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Yerevanda ER Baş naziri Nikol Paşinyanın bəyanatından sitat gətirərək qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan, Artsax və Azərbaycan xalqı üçün məqbul olmalıdır və bununla mübahisə etmək çətindir.

Münqaişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasına dair Azərbaycan tərəfinin qeyri-konsrtuktiv bəyanatlarına dair sualı cavablandıraraq RF XİN başçısı təkrarladı ki, Ermənistanın, Artsaxın və Azərbaycanın maraqları nəzərə alınmalıdır. O, həmçinin xalqların öz müqəddəratını təyin etmə və münaqişənin yalnız sülh yolu ilə həlli hüququ prinsipinə də toxunub. Bu cavablarla deməli ki, Sergey Lavrov Azərbaycanın kateqorik və qeyr-konstruktiv bəyanatlarına qarşı çıxıb. O, bir daha təsdiqlədi ki, münaqişənin həllində xalqların öz müqəddəratını təyinetmək və güc tətbiq etməmək prinsipi olmalıdır. Bildirib ki, Arstax öz talayinin müəyyənləşdirilməsində iştirak etməlidir”-deyə Rubinyan yazıb.

Daha çox göstər
Back to top button