İctimaiyyət

ADP Hərəkatı noyabrın 19-da piket keçirəcək

Azərbaycan Demokratiya və Rifah Hərəkatı noyabrın 19-da saat 15-dən 16-dək Sosial Müdafiə Nazirliyinin qarşısında piket keçirəcək.

Bu barədə hərəkatın lideri Qubad İbadoğlu facebook səhifəsində məlumat yayıb.

“ADR Hərəkatının İdarə Heyəti dözülməz sosial durumun, acınacaqlı yaşam şərtlərinin əhalinin az təminatlı hissəsinin, xüsusilə də yaşlı nəslin və uşaqların güzəranının daha da pisləşməsinə səbəb olduğunu əsas gətirərək, 2020 -ci ilin dövlət büdcəsində uşaq pulunun verilməsinin nəzərə alınması, təqaüd yaşının aşağı salınması, pensiyaların, müavinətlərin artırılması tələbləri ilə noyabrın 19-da saat 15-dən 16-dək Sosial Müdafiə Nazirliyinin qarşısında piket keçirməyə qərar verib,” məlumatda deyilir.

Daha çox göstər
Back to top button
Close