İctimaiyyət

Razim Əmiraslanlıdan xəbər yoxdur

Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlıdan xəbər yoxdur. 

Bu barədə AzadlıqRadiosuna məlumat verən partiyanın başqanı Arif Hacılı deyib ki, Əmiraslanlı saat 10:00-da Binəqədi Rayon Polis İdarəsinə getdi və ondan hələ də xəbər yoxdur. “Saat 14:00-a partiyanın Divanın iclası təyin edilmişdir və Razim bəy başqanın təşkilat məsələlər üzrə müavini olaraq bildirmədən bu iclasa gəlməyə bilməzdi. Biz şübhələnirik ki, ya onu polis saxlaylb, ya da başına digər xoşagəlməz hadisə gəlib. Onu son günlər ərzində artıq üçüncü dəfədir çağırıblar. Bundan əvvəl Razim bəyi Binəqədi Rayon Polis İdarəsinə və Bakı Şəhər Baş Polis İdarəsinə çağırmışdılar”. 

Hacıılı bildirib ki, bu saata qədər yüzdən çox partiya üzvləri polis orqanlarına çağırılıb. “Bu çağırmalar piketlə bağlıdır və təkcə Bakıda baş vermir. Ölkə üzrə Müsavatın bütün rayon təşkilatların rəhbərliyi və üzvləri polisə çağırılır”. 

Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsindən məlumat almaq mümkün olmayıb.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button