Siyasət

Müsavat Partiyası sədrinin müavini 15 sutka həbs edilib

Müsavat Partiyası sədrinin müavini Razim Əmiraslanlı  polisə müqavimət ittihamı ilə 15 sutka həbs edilib. Turan agentliyinə əsasən, bu barədə onun vəkili Nemət Kərimli bildirib. O xatırladıb ki, müxalifətçi noyabrın 11-də saxlanılaraq Binəqədi Rayon Məhkəməsinə aparılıb.

Hələlik R.Əmiraslanlı  noyabrın 12-də Bakı meriyasının qarşısında keçirilən icazəsiz piket ərəfəsində həbs edilən yeganə müsavatçıdır.

Noyabrın 12-də saxlanılan Mustafa Hacıbəyli haqda məlumat yoxdur. O, evdən çıxarkən polis tərəfindən saxlanılıb.

Daha çox göstər
Back to top button