
Baş nazir Nikol Paşinyan Paris Sülh Konfransı çərçivəsində Fransa Prezidenti Emanuel Makron ilə ayrılıqda söhbət edib.
ER Baş nazirinin administrasiyasının informsiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə əsasən, Fransa Prezidenti müxtəlif istiqamətlərdə dost Ermənistan ilə əməkdaşlığın inkişafını mühüm sayıb.
Paşinyan qeyd edib ki, müxtəlif hadisələrlə bağlı görüşlər ikitərəfli əlaqələrin inkişafına və möhkəmləndirilməsinə yeni təkan verir.
Nikol Paşinyan və Emanuel Makron erməni-fransız münasibətlərinin gündəlik məsələlərini müzakirə edib, həmçinin viza liberallaşdırılması ilə bağlı Ermənistan-Aİ dialoqunun başlanması istiqamətində atılan addımlarına toxunub.
Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin və bununla bağlı müvafiq razılığın əldə edilməsinin vacibliyini vurğuladılar.