İctimaiyyət

Ali Məhkəmə jurnalist barəsində hökmü qüvvədə saxlayıb

Çərşənbə günü Azərbaycan Ali Məhkəməsində Hafiz Nəsibovun sədrliyi ilə bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli barəsində hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.

Vəkil Osman Kazımov bəraətverici əsaslarla jurnalistin cinayət təqibinə xitam verilməsini xahiş edib. Amma məhkəmə şikayəti təmin etməyib.

Mustafa Hacıbəyli Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, bu il fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi Hacıbəylini CM-in 309 (vəzifə səlahiyyətlərini aşma) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə təqsirli bilərək, 2 il sınaq müddəti olmaqla 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Daha çox göstər
Back to top button