Ermənistan Respublikası Hökuməti Madrid prinsiplərini danışıqlar prosesinin əsası kimi qəbul etmək və ya qəbul etməmək prinsiplərinin parametrlərini aydınlaşdırmağa böyük əhəmiyyət verir.Verilən məlumata görə,bu haqda Nikol Paşinyan parlamentdə hökumət üzvləri ilə keçirilən sual-cavab ərzində deputat Arman Babacanyanın sualını cavablandırarkən söyləyib.
“Nə qədər ki, Madrid prinsiplərinin bütün parametrləri bizim üçün şəffaf deyil, bunu danışıqlar prosesinin əsası kimi qəbul edib-etməməyimizi söyləmək çətindir.Biz anlamaq istəyirik ki, həmin yol bizi hansı mümkün yola çatdıra bilər ki, biz öncə bilək ki, həmin yolla gedirik ya getmirik”-deyərək Baş nazir qeyd edib.O, vurğuladı aydınlaşdırmaq lazımdır ki,Madrid prinsipləri hara aparır, anlamalı ki, vəziyyət necədir və irəliyə getməliyik ya yox.Baş nazir qeyd edib ki, müxtəlif tərəflər fərqli yollarla getmək istəyir.Bu o deməkdir ki, Madrid prinsiplərində problem var.Kimsə biri, kimsə digərini aldadır..”Biz isə danışıqlar prosessində və ümumiyyətlə münasibətlərdə kimsə birini aldatmaq istəmirik”-deyərək Baş nazir qeyd edib.