Kotayk marzının Hrazdan icmasında “ArSan 1-2” ən böyük günəş sənaye stansiyasının rəsmi açılış mərasimi keçirilib. “Armenpres”-ə əsasən, “ArSan 1-2” stansiyasının sahibi Karen Ğazaryan qeyd edib ki, Ermənistanın enerji balansında günəş enerjisinin payını artırmaq, ölkənin xarici dünyadan enerji asılılığını azaltmaq və ətraf mühiti yaxşılaşdırmaq məqsədiylə yeni günəş stansiyasının işaası planlaşdırılır.
Ermənistanda “ArSan 1-2” məhsuldarlıq və panellərin ümumi gücü baxımından ən böyük günəş elektrik stansiyasıdır. O, hər il 3,4 GVt / saat elektrik enerjisi istehsal edəcək, ətraf mühitin karbon qazı tullantılarını ildə 1500 ton azaldacaq.