
Gələn il Ermənistanda qiymətlərin sabit olacağı və iqtisadi artımın orta səviyyədən yüksək olacağı gözlənilir ki, bu da investorlar üçün çox vacib bir işarədir. Bu haqda Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan parlament iclasında 2020-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəyan edib.
Nazirin fikrincə, Ermənistanda rəqabət üçün bərabər imkanlar yaradılmalı və ölkənin ictimai həyat sahəsindən tamamilə korrupsiya kənarlaşdırılmalı və ona qarşı mübarizə gücləndirilməlidir. “Bu, gələcək iqtisadi artım və ölkənin beynəlxalq imicinin qorunması və investisiya cəlb edilməsi baxımından olduqca vacibdir”-deyərək Xaçatryan qeyd edib.