Siyasət

Almaniyadan Azərbaycana 140 miqrant deportasiya edilib

 Ötən gecə Almaniyadan Azərbaycana 140 miqrant deportasiya edilib. Bu barədə tanınmış bloger, “Meydan” TV İnternet resursun əməkdaşı Həbib Müntəzur bildirib.

Onun məlumatına görə, Bakıya gələnləri Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dindiriblər.

Bloger deportasiya edilənlərin bəzisinin adlarını açıqlayıb.

Mənbənin məlumatına görə, Azərbaycana deportasiya prosesi davam edəcək. Həmin şəxslərin əksəriyyəti Müsavat Partiyasının üzvləri kimi Almaniyaya gedənlərdir.

Lakin bu təşkilatın rəhbərliyi həmin şəxslərin Müsavat Partiyasına mənsub olduğunu inkar edir.

Azərbaycan Dövlət Miqrasiya Xidməti noyabrın 15-də səhər bildirib ki,  Azərbaycan ilə Avropa İttifaqı arasında readmissiya haqqında sazişə əsasən noyabrın 14-də Almaniyadan Azərbaycana çarter reysi ilə 61 nəfər deportasiya edilib. 

Daha çox göstər
Back to top button
Close