BaşlıcaEkonomika

Hərbi sənaye sahəsində büdcə ayırmaları artıb

Ermənistan Respublikasının  hərbi senayəsi sahəsinə 2020-ci il dövlət büdcəsinin layihəsiylə ayrılan vəsait əvvəlki ilə nisbətən 122% artmışdır.

“Armenpres”-ə əsasən, bu barədə noyabrın 15-də ER Parlamentinin iclasında Ermənistan Respblikasının 2020-ci il büdcəsi barədə qanun layihəsinin müzakirəsi zamanı Yüksək Texnologiyalar Seanyəsi naziri Hakob Arşakyan deyib.

“Ermənistanı yüksək texnoloji hərbi sənaye istehsalçısına və ixracatçısına çevirmək məqsədi ilə 2020-ci il dövlət büdcəsi nazirliyə 12,5 milyard dram ayırmağı nəzərdə tutur. 2020-ci il büdcə ayırmaları hərbi sənaye sahəsində 122% ilə artaraq, 6.3 mlrd Drama çatmışdır. Bunların bir hissəsi tədqiqat və inkişaf proqramlarının icrasına, digər hissəsi isə Ermənistanın müdafiə ehtiyaclarını və erməni məhsulları ilə xarici bazarlara çıxmaq imkanlarını nəzərə alaraq potensialın inkişaf etdirilməsinə yönəldiləcəkdir”- deyə Arşakyan deyib.

Daha çox göstər
Back to top button
Close