
Hollandiya parlamentindəki dörd koalisiya partiyası ölkə hakimiyyətinə Yerevanda səfirlik açmaq üçün 2 milyon avro təklif etdi. Alınan məlumata görə, bu haqda Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin üzvü Joel Fordyevind məlumatlandırıb.
Hollandiya Xristian Birliyinin təşəbbüsü ilə dörd koalisiya qüvvəsi Yerevanda səfirlik açmağı təklif etmişdir. Ermənistandakı Məxməri inqilab, yeni hökumətin korrupsiyaya qarşı mübarizəsi, insan hüquqlarını qorumaq və demokratiyanı gücləndirmək üçün atdığı cəsarətli addımları dəstəkləmək istəyirik. Bu siyasi addımla ticarəti artırmaq öhdəliyimizi bildirmək istəyirik. Biz,Ermənistanla münasibətlərimizi möhkəmləndirmək istəyirik “-deyərək deputat vurğulayıb.