
Gürcüstan və İranla imzalanmış protokollar gömrük orqanları arasında məlumat mübadiləsi ilə bağlı sərhəd nəzarətini asanlaşdırmaq məqsədi daşıyırlar. News.am xəbər verir ki, Dövlət Gəlirlər Komitəsinin sədri David Ananyan bu gün jurnalistlərlə söhbətində Gürcüstan və İran arasında imzalanmış müqavilələr barədə danışarkən deyib.
“Təsəvvür edin ki, Ermənistandan Gürcüstana və ya İrana və ya əksinə, Gürcüstandan və ya İrandan Ermənistan Respublikasına yük daşındıqda gömrük orqanlarında bu mallar və nəqliyyat vasitələrin sərhəd keçməsi haqqında məlumat toplanır və razılaşmış dövlətin gömrük orqanlarına verilir.
Bir ölkənin gömrük orqanı, malgöndərmə barədə ilkin məlumatı əldə etdikdə dərhal sərhəd nəzarətini asanlaşdırmaq üçün digər ölkənin gömrük orqanına göndərir”,-deyə o qeyd etdi.
Ananayan deyib ki, belə bir xidmət var idi, lakin o yalnız iki şöbə arasında olan əməkdaşlıq səviyyəsində idi.
“Bu gün imzalanan sənəd iki il əvvəl imzalanmış müqavilənin bir hissəsi idi. Bu, iki ölkə arasında dövlətlərarası əməkdaşlıq və qanuni bir öhdəlik olacaqdır. Söz informasiya texnologiyalarının istifadəsi ilə məlumat mübadiləsi haqqındadır və bu həm qaçaqmalçılığa qarşı, həm də gömrük nəzarəti, yük təsnifatı baxımından daha səmərəli olacaqdır”.
DGK sədrinin sözlərinə görə, həm İran, həm də Gürcüstanla imzalanmış razılaşmalar oxşardır.