
Ermənistan Dövlət Gəlirlər Komitəsi ilə Gürcüstanın Maliyyə Nazirliyi arasında nəqliyyat vasitələrinin və malların beynəlxalq hərəkəti barədə ilkin elektron məlumat mübadiləsi haqqında protokol imzalandı. Bu barədə Ermənistan Dövlət Gəlirlər Komitəsi məlumat yayıb.
Bundan başqa, Gürcüstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Xidməti ilə Ermənistanın Dövlət Gəlirlər Komitəsi arasında yüklənmiş nəqliyyat vasitələrinin elektron möhürünün tətbiqi ilə bağlı memorandum imzalandı.
Sənədləri Ermənistan Dövlət Gəlirlər Komitəsinin sədr müavini Mikayel Paşayan və Gürcüstan Dövlət Gəlirlər Xidməti sədr müavini Vladimir Xundadze imzaladılar.