
Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan, həyat yoldaşı Nune Sarkisyan ilə işgüzar səfərlə Qətər Dövlətinə gedib.
ER Prezidentinin administrasiyasından bildirildiyinə əsasən, Armen Sarkisyanı Qətərin Nəqliyyat və rabitə naziri Casim Saif Əhməd al Suleyt və digər rəsmi şəxslər qarşıladılar.
Armen Sarkisyan Qətər əmiri Tamim bin Hamad Al Tani, Qətərin ata əmiri Hamad bin Xalif Al Tani, Qətər baş naziri, daxili işlər naziri Abdullah bin naser bin Xalif al Tani, eləcə də Qətər biznes dairələrinin nümayəndələriylə görüşəcəkdir. Ermənistan Prezidentinin İslam İncəsənət Muzeyini də ziyarət edəcəyi gözlənilir.
Paytaxt Dohada Prezident Sarkisyan Ermənistan Respublikasının Qətər Dövvlətindəki səfirliyini ziyarət edəcək, erməni icmasının nümayəndələriylə görüşəcək.
ER Prezidenti Sarkisyanın və Qətər əmirinin bundan əvvəlki görüşlərinin nəticələrindən biri də Qətər Dövlətində Ermənistan Respublikasının səfirliyinin açılışı oldu, hansı da Ermənistan xalqına hörmət və rəğbət əlaməti olaraq Qətər Dövlətinin Əmiri və Hökumətinin fəal dəstəyi ilə keçirildi.
Səfər zamanı Prezident Sarkisyan Dohada keçiriləcək nüfuzlu “Dünya Təhsili İnnovasiya Zirvəsi” ndə də iştirak edəcək və çıxış edəcək.