
ER Baş nazirinin müavini Tigran Avinyan “Sərhədlərarası Əməkdaşlıq və Ticarətin Asanlaşdırılması üçün Rəqəmsal Həlllər” regional konfransında iştirak edib. Bu haqda Baş nazir müavini ofisindən məlumat verilib.
Tigran Avinyan qeyd edib ki, ER Dövlət Gəlirlər Komitəsinin iqtisadi inkişafında olan işinin əhəmiyyətini nəzərə alsaq, qurumda həyata keçirilən hər hansı layihə hökumətin diqqət mərkəzindədir.
“Ermənistan hökuməti rəqəmsallaşma və modernləşmə yolu ilə gedən dövlət qurumlarını təşviq edir. Beynəlxalq təşkilatların vergi və gömrük xidmətlərinin inkişafına verdiyi dəstəyi də yüksək qiymətləndiririk, bunlardan biri də Avropa Birliyinin maliyyələşdirdiyi “Miqrasiya və Sərhəd İdarəetmə” proqramı çərçivəsində keçirilən bugünkü konfransdır”,-deyə Avinyan qeyd etdi.
Baş nazir müavininin sözlərinə görə, sahədələrrarası əməkdaşlıq bölgədə müsbət dəyişikliklərə gətirib dövlət inkişafına və xarici əlaqələrin gücləndirilməsinə xidmət edə bilər.
Konfrans zamanı ER Dövlət Gəlirlər Komitəsi ilə Gürcüstanın Maliyyə Nazirliyi, habelə ER Dövlət Gəlirlər Komitəsi ilə İran İslam Respublikası Gömrük Xidməti arasında ikitərəfli sənədlər imzalandı.