Tükiyə Soyqırımı yaşamış erməni xalqının təhlükəsizliyi üçün təhdid olaraq qalır. ER XİN

ER XİN Türkiyə prezidentinin Erməni Soyqırımı ilə bağlı ABŞ-dakı səsləndirdiyi fikirlərə toxunub.
“Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınması prosesinin daha da genişlənməsi fonunda Türkiyə prezidenti son günlərdə bir-birinə zidd və təhrif xarakterli bəyanatlarla çıxış edir.
Bu ifadələrdə qurbanların ləyaqətini təhqir edərək soyqırımı əsaslandırmağa yönəlmiş iddialar var. Bu il aprelin 24-də Türkiyə prezidenti Ərdoğan artıq Erməni Soyqırımının yerinə yetirilmsini “ən ağlabatan fəaliyyət” və soyqırım qurbanlarını “erməni dəstələri və onların tərəfdarları” adlanaraq, Erməni Soyqırımına bəraət qazandırmağa çalışdı.
İndi Türkiyə prezidenti Erməni Soyqırımının qurbanlarını hətta öz tarixi vətənindən məhrum edir, əcdadlarının və bölgə sakinlərinin tarixini unutaraq, onları köçərilər adlandırır.
Erməni Soyqırımının tanınması və qınanması şübhəsiz həqiqət və tarixi ədalət üçün lazımdır. Lakin bu sadəcə tarix və tarixçilər üçün deyil, bu gün bütün bəşəriyyət üçün və xüsusilə vəhşiliklərin potensial qurbanları üçün lazımdır. Bu Türkiyə Respublikası tərəfindən öz qonşu ölkəsində dini və etnik mənsubiyyətə görə terorçu adlandırılaraq, zorakılığa və deportasiyaya məruz qalan insanlara və xalqlara lazımdır.
Bu, soyqırım qavrayışının aradan qaldırılması və insan hüquqlarının qorunması üçün vacibdir.
Soyqırım qurbanlarının varisləri və beynəlxalq ictimaiyyət üçün, Erməni Soyqırımı, 1948-ci il Soyqırımının qınanması və qarşısının alınması üçün Konvensiyanın inkişafı və bundan sonra insanlığa qarşı soyqırımların və cinayətlərin qarşısının alınması mexanizmlərinin tətbiqi üçün əsas olan bir həqiqətdir.
Erməni Soyqırımını əsaslandıraraq və inkar edərək, qonşularına qarşı təcavüzkar siyasət yürütaraq, Ermənistanın quru mühasirəsini iyirmi ildən çox davam edərək və Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycana hərbi və siyasi dəstək verərək, Türkiyə Soyqırımı yaşamış erməni xalqının təhlükəsizliyinə təhdid olaraq qalmaqdadır.
Türkiyə Ermənistana və erməni xalqına qarşı indiki düşmən siyasətini yenidən nəzərdən keçirməlidir və bu, soyqırımın nəticələrinin aradan qaldırılması və regional təhdidlərin azaldılması üçün ilk addım ola bilər”- deyə bəyanatda deyilir.