
ER baş naziri Nikol Paşinyan Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul etdi. O, Ermənsitanda “Sərhədlərarası əməkdaşlıq və ticarətin asanlaşdırılması üçün rəqəmsal həllər” regional konfransında iştirak edir.
ER Baş nazirinin Administrasiyasından alınan məlumata görə, Baş nazir qeyd etdi ki, Ermənistan Hökuməti və Ümumdünya Gömrük Təşkilatı arasındakı səmərəli əməkdaşlıq Ermənistanda gömrük islahatlarının yaxşılaşdırılmasına, Ermənistan Respublikası Gömrük Xidmətinin fəaliyyətinin səmərəliliyinə və gömrük sahəsində potensialın artırılmasına dəstək verir.
ER Baş nazirin sözlərinə görə, ER Hökuməti gömrük sahəsində əhəmiyyətli dəyişikliklər və əlverişli biznes mühiti yaratmağa yönəlmiş böyük islahatlar həyata keçirir.
Ümumdünya Gömrük Təşkilatının baş katibi Ermənistan Respublikasının Hökuməti ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bir daha təsdiqlədi. Kunio Mikuria qeyd etdib ki, İT sahəsində ciddi potensiala malik olan ölkə kimi Ermənistanın teloxnoloji uğurları təşkilatın digər üzv dövlətlərə həyəcan verə bilər.
Tərəflər vergi və gömrük islahatları sahəsində əməkdaşlıq, “Bir pəncərə” prinsipinin davam etdirilməsi və informasiya texnologiyalarından istifadənin əhəmiyyətinə dair məsələlər müzakirə etdilər. ER Baş naziri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə Ümumdünya Gömrük Təşkialtının İnformasiya Texnologiyaları konfransının Ermənsitanda keçirilməsinin imkanların dair fikir mübadiləsi aparıblar.