BaşlıcaSiyasət

ER Baş naziri İtaliyaya rəsmi səfərə gedəcək

20-22 noyabrda ER Baş naziri Nikol Paşinyan xanımı Anna Hakobyanla  İtaliyada rəsmi səfərdə olacaq.

ER Baş naziri administrasiyasından verilən məlumata görə, səfər Venesiya şəhərindən başlayacaq. Nikol Paşinyan Venesiyanın Müqəddəs Lazar adasındakı Mxitaryan Camaatını ziyarət edəcək və Camaat üzvləri ilə görüşəcək.

Sonra isə, Nikol Paşinyan Milana gedəcək. Milandakı Erməni Apostol Kilsəsində ER Baş nazirinin erməni icması nümayəndələri ilə görüşü nəzərdə tutulur. Nikol Paşinyan Milanın Beynəlxalq Siyasi Elm İnstitutu ISPI-nin beyin mərkəzinə gedəcək və orada Milan bələdiyyə başçısı Cüzeppe Sala ilə görüşəcək. Baş nazir «Dialogue on Future» adlı müzakirəsində iştirak edəcək. Milanda Nikol Paşinyan Lombardiya hökumətinin və İtaliyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşmək və Ermənistan-İtaliya birgə biznes forumunda iştirak edəcək.

Ermənistanın Baş naziri İtaliyanın yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün Milandan Romaya yola düşəcək. Nikol Paşinyan, Romanın Kijci Sarayında İtaliya Respublikası Nazirlər Şurasının sədri Cüzeppe Konte ilə görüşəcək. Görüşdən sonra iki ölkənin baş nazirləri media nümayəndələri üçün danışıqların nəticələrini yekunlaşdıran açıqlamalar verəcəklər. Romada Nikol Paşinyan, İtaliya Senatının sədri Maria Elizabeta Kaselati və İtaliya Xarici Ticarət İnstitutunun prezidenti Karlo Ferrero ilə də görüşəcək.

Romada Baş nazir və həyat yoldaşının Müqəddəs Nikoğayos Erməni Kilsəsinə və Levonyan Kollecinə də səfəri planlaşdırılır.

Daha çox göstər
Back to top button