Başlıcaİctimaiyyət
Ermənistanda minimum əmək haqqı 13 min dram artacaq

ER Parlamentinin qəbul etdiyi “Minimum əməkhaqqı barədə” qanun layihəsi ilə gələn ilin yanvarın 1-dən etibarən Ermənistanda minimum əmək haqqı 55 min dramdan 68 min dramadək artacaq.
“Radiolur”-un bildirdiyinə görə, qanun layihəsinin müllifləri Parlamentinin “Mənim addımım” fraksiyanın deputatları Varazdat Karapetyan, Babken Tunyan və Narek Zeynalyandır.
Rəsmi məlumatlara görə, minimum əmək haqqının dəyişdirilməsi 58 min dövlət və 130 000 şəxsi sahədə işləyənlərə təsir edəcəkdir.