Qətərin Emir sarayında Qətərdə səfərdə olan ER prezidenti Armen Sargsyan və QətərƏmirliyinin əmiri Tamim bin Hamad Al Taninin görüşü olub.
ER Prezidentinin Adminsitrasiyasından alınan məlumata görə, Prezident Armen Sargsyan əmirə Ermənsitan vətəndaşları üçün viza tələbinin ləğv olunması, həmçinin Qətər Əmirliyində Ermənistanın səfirliyinin açılmasında göstərdiyi dəstək üçün öz təşəkkürlərini bildirib.
Ermənistan prezidenti və Qətər əmiri iki dost ölkə arasında əməkdaşlığın böyük potensialını, əlaqələrin genişləndirilməsinin və möhkəmləndirilməsinin vacibliyini vurğuladılar.
Prezident elm, təhsil və texnologiya sahələrindəki böyük əməkdaşlığın potensialını vurğulayaraq, bu baxımdan ATOM( Ermənistanda Yeni Texnologiyaların və Elmin İnkişafı üçün Prezident Təşəbbüsü) çərçivəsində əməkdaşlığın imkanlarını vurğulayıb.