BaşlıcaSiyasət

ABŞ konqresmenləri Dövlət Departamenti və Pentaqona Azərbaycana verilən hərbi yardım siyasətinə yenidən baxmağa çağırıblar

ABŞ Konqresmenləri Frenk Peloun, Jeki Spir və Adam Şif ABŞ Dövlət Departamenti və Pentaqona açıq məktub göndərərk Azərbaycan və Ermənistana göstərilən hərbi yardım siyasətinə yenidən baxmağa çağırıblar.

Amerikadakı Erməni Milli Komitəsi bildirir ki, konqresmenlər Ermənsitan və Azərbaycana göstərilən hərbi yardımda bərabərliyi qorumağa çağırıb.
“Şübhəsiz ki, Azərbaycana göstərilən hərbi yardımın həcminin artması bölgədə bərabərsizlik yaradaır. ABŞ-nın bərabərliyi bərpa etməsi özünə inamı bərpa etməsinin yeganə yoludur”-deyə açıq məktubda deyilir. Konqresmenlər ABŞ Hökumətinə Ermənistana verilən hərbi yardmı artırmağa çağırır ki, bu vasitlərdən ölkə terorzimlə qarşı mübarizədə istifadə edə bilsin.

Yayılan məlumatlara görə, ABŞ Müdafiə Nazirliyinin planına əsasən 2019-cu ildə Azərbaycana 42.9 milyon dollar, Ermənsitana 2.8 dollar ayrılmağı planlaşdırılır.
Daha əvvəl məlum olub ki, ABŞ Ermənistana verilən maliyyə yardımının həcmini 40 faiz artıraraq 60 milyon dollar çatdırıb.

Daha çox göstər
Back to top button