ArtsaxBaşlıca

Zatulin: “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnu tanımaq lazımdır”

Rusiyanın Dövlət Dumasının deputatı, Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini Konstantin Zatulin “Birinci kanal”dakı “Pozner” proqramında Dağlıq Qarabağ münaqişəsinin nizamlanma yolları barədə danışıb.

Vladimir Pozner xarırlatdı ki, son vaxtlar Qarabağa səfəri səbəbindən Zatulin Azərbaycanda tənqid olunub. Proqramın aparıcısının münaqaişənin necə həll olunmasına dair sualnı cavablandıraraq, Konstantin Zatulin qeyd etdi ki, Qarabağ probleminə münasibəti çoxdan formalaşmışıb. O,vurğulayıb ki, Qarabağ münaqişəsi, digərlər münaqişələrdən fərqli olaraq, həll oluna bilər.

“Bu həllin mərkəzində kompromis dayanır. Dağlıq Qarabağ Respublikası və ya Artsax Respublikasının özü heç kim tərəfindən tanınmır, amma mövcuddur və yaşayır. Mən sizə demək istəyirəm ki, onlar heç bir zaman heç nə ilə razılaşmayacaqlar, hətta formal Azərbaycanın tərkibinə qaytarılmağa belə. Sovet İttifaqı dağılanda belə, keçmiş Azərbaycan SSR-in sərhədləri daxilində Azərbaycanın qalması çətinləşmişdi, çünki onsuz da 1991-ci ildə artıq üç il idi ki, münaqişə gedirdi və Azərbaycan o zaman Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə tam nəzarət edə bilmirdi. Ona görə də Qarabağın öz müqəddəratını təyinetmə və Azərbaycandan müstəqilliyi hüququnu tanımaq lazımdır”, – deyə Zatulin bildirib.

Daha çox göstər
Back to top button