Beynəlxalq

Azərbaycanda polkovnik Azərbaycanın müdafiə nazirini korrupsiyada ittiham etdi

Azərbaycan SQ polkovniki Qəhrəman Mənsimzadə dövlət başçısına müraciət edərək Müdafiə Nazirliyində ciddi hüquq pozuntularının olduğunu bildirib və  qayda-qanun yaratmağa çağırıb. “Turan” informasiya agentliyi xəbər verir ki, bu barədə o, prezident İlham Əliyevə videomüraciətində bildirib. Videomüraciət noyabrın 20-də Youtube-da yerləşdirilib.

Polkovnik bəzi baş zabitləri, o cümədən Baş Qərargah rəisini və nazirin özünü maliyyə və digər pozuntularda, korrupsiya və tabelikdə olan işçilərin hüquqlarının pozulmasında ittiham edib.

O həmçinin xarici dövlətlərlə əməkdaşlıq edən bəzi zabitlərə qarşı ittihamlar səsləndirib.

Bu videomüraciətdən bir sutka keçsə də Müdafiə Nazirliyi şərh verməyib.

Daha çox göstər
Back to top button