İctimaiyyət
Ermənistanın sosial şəbəkə istifadəçiləri Milanda azərbaycanlı bloqçunun kimliyini müzakirə edir

Ermənistanın sosial şəbəkə istifadəçiləri Milandakı “Müqəddəs Karasun Mankunk” Erməni Apostol Kilsəsində erməni icmasının nümayəndələriylə görüş zamanı ER Baş naziri Nikol Paşinyana sual vermiş azərbaycanlı bloqçu kimi təqdim edilmiş Ata Abdulayevin kimliyini müzakirə edir.
Onun Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə çəkilmiş və ya Bakıda hökumət əleyhinə nümayişlərin dağıdılmasında fəal iştirak etdiyi fotoları nəzərə alınmaqla müxtəlif versiyalar irəli sürülür. Onun hüquq-mühafizə orqanlarının nümayəndəsi, polis məmuru və ya hətta milli təhlükəsizlik işçisi və bəlkə də təxribatçı olması barədə fərziyyələr var.